Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 15.03.2018
Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 125 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmişdir.

İmtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdirmişlər. İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən ikiqat üsulla yoxlanılmış və 123 nəfər hakimliyə namizəd...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ QUBADA VƏTƏNDAŞLARI QƏBUL EDİB 07.03.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Quba rayonunda Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


MÜTƏRƏQQİ MƏHKƏMƏ İSLAHATLARI UĞURLA DAVAM ETDİRİLİR 27.02.2018
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Tədbirdə çıxış edən Fikrət Məmmədov ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini, dünyada baş verən siyasi və iqtisadi təlatümlərə, qlobal böhranlara baxmayaraq ölkəmizdə sabitlik və intensiv inkişafın təmin edildiyini ...
   


COCUQ MƏRCANLIDA VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 23.02.2018
Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


R.Y.RZAYEVİN AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 15.02.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: ...
   


Q.V.ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 15.02.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: ...
   


R.Y.RZAYEVİN AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 13.02.2018
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin II hissəsinə və 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
   


Q.V.ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 13.02.2018
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
   


ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN DİSTANT TƏLİM KEÇİRİLİB 12.02.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Hakimlərin ən qabaqcıl metodikalarla davamlı tədrisi aparılır, bu zaman insan hüquqları, korrupsiya ilə mübarizə, məhkəmə etikası və digər aktual mövzuların, qanunvericilikdəki yeniliklərin, mütərəqqi Avropa təcrübəsinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir.

Həmçinin BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə Akademiyanın elektron tədris platforması yaradılaraq distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur...
   


AZƏRBAYCAN HÖKUMƏTİ VƏ BQXK SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİR 05.02.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemdə məqsədyönlü islahatlar aparılır, qanunvericilik təkmilləşdirilir, məhkumların islah prosesində ictimai iştirakçılıq, həmçinin cəmiyyətə yenidən inteqrasiyası məqsədilə cəzadan vaxtından əvvəl şərti azad etmə institutu geniş tətbiq olunur.

Eyni zamanda, beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq aparılır, penitensiar müəssisələrə başçəkmələr edilir, məhkumların hüquqlarının qorunmasının və saxlanma şəraitinin monitorinqi həyata keçirilir, onlara hüquqi yardım göstərilir...
   


 Səhifə:   Birinci ... 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 ... Son


 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az