Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər davam etdirilir.
Fərmanla verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı...
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları daim diqqət mərkəzində saxlanılaraq onların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir. Məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna əhəmiyyət kəsb edən “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanla bu sahədə qarşıda mühüm vəzifələr qoyulub, habelə hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatları 200 vahid artırılıb, yeni ixtisaslaşmış məhkəmələr...
Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlər davam etdirilir. Bu müstəvidə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilib, Məhkəmə-Hüquq Şurasının qərarı ilə məhkəmələrdə media ilə işləyəcək spiker-hakimlər ayrılıb, eləcə də, Şuranın özündə məsul şəxs müəyyən edilib, onların siyahısı Şuranın saytında yerləşdirilib. Çoxsaylı KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə görüş təşkil olunaraq spiker-hakimlər KİV təmsilçilərinə təqdim olunub, habelə hakimlər və jurnalistlər üçün təlim və seminarlar təşkil...
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 81 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.
Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün...
Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər görülür.
Ötən dövrdə Fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin yaxşılaşdırılması, habelə onların alternativ mexanizmlərinin, o cümlədən özəl icra və ekspertiza qurumlarının yaradılması və digər məsələlərlə bağlı 40-dək …
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı hakimlər və məhkəmə sədrləri vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilsinlər:
Abıyev Nəriman İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən
Axundov Emin Tahir oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən...
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinin hakimləri təyin edilsinlər:
İnzibati məhkəmələr üzrə:
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi
Muradov Hicran Xasay oğlu
Novruzov Səxavət Hüseyn oğlu...