Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılaraq Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.
Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi...
Ermənistan Respublikasının silahlı birləşmələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının ikinci şəhərinə - tarixi Gəncə şəhərinə yenidən raket zərbəsi endirmişlər.
Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktları nəticəsində 5-i uşaq olmaqla 15 mülki şəxsin öldüyü və 57 nəfərdən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Mülki itkilərlə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəymişdir.
Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə...
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.
Müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.
Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı...
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.
Məhkəmə-Hüquq Şurasının Sədri, Ədliyyə naziri Fikrət Məmmədov Şəmkir və Lənkəran regional ədliyyə idarələri vasitəsilə müraciət etmiş ətraf rayonlarda yaşayan vətəndaşların videokonfrans formatında...
İşğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.
Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onun ən yüksək səviyyədə təchizatı təmin edilir.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır, cənubi Qafqazda isə birincidir. Bunun kökündə qəhrəman ordumuzun yüksək döyüş qabiliyyəti, müasir silah-sursat və texnika ilə...
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid – üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Yeni ayrılmış ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi, habelə seçim zamanı çevikliyin təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilib və seçim prosesi davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə...
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi davam edir.
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək yarım il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə...
Ölkəmizdə həyata keçirilən məhkəmə islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür.
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan keçərək, yarım illik tədris kursunu, məhkəmələrdə stajkeçməni başa vurmuş və tədrisin yekunu üzrə yazılı imtahanı vermiş 44 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şifahi...
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə və şəxsi qəbullarına hər zaman qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır.
Avqustun 27-də Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu...
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində ardıcıl tədbirlər görülür.
Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu başa vurmuş 44 nəfər hakimliyə namizədin…