Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox namizədlə müsabiqələr keçirilib. 44 nəfər dövlət başçısının sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 140 nəfər müsabiqənin müxtəlif, o cümlədən yekun müsahibə...
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan keçərək, yarım illik tədris kursunu, məhkəmələrdə stajkeçməni başa vurmuş və tədrisin yekunu üzrə yazılı imtahanı vermiş 40 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şifahi imtahan keçirilib.
Hakimlərin Seçki Komitəsinin iclasında şifahi imtahanın nəticələri müzakirə edilib, 39 nəfər...
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi bağlı görülən tədbirlər müzakirə olunub.
Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkəmizin davamlı sosial-iqtisadi inkişafını və aparılan mütərəqqi islahatları, şanlı qələbəmiz nəticəsində azad edilmiş doğma torpaqlarımızın dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə misilsiz bərpa və quruculuq işləri aparılmaqla yenidən...
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına daim xüsusi həssaslıqla yanaşılaraq onların şəhər və rayonlarda mütəmadi qəbulları davam etdirilir.
Aprelin 8-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından...
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişaf edir. İki ölkə arasında hüquqi yardım üzrə bağlanmış müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə...
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır.
Dövlət başçısının vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq martın 2-də...
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf və obyektiv meyarlar əsasında seçimi davam edir.
Test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş və hakim vəzifəsinə hazırlanmaları üçün yarım illik tədris kursunu başa vurmuş 40 nəfər hakimliyə namizədlə hazırda tədrisin nəticələri üzrə şifahi imtahanlar...
Xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, yarım il davam edən tədris kursunu başa vurmuş 40 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə ötən ay yazılı imtahan keçirilib. COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən həmin imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını...
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 83 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.
COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanlarda namizədlərin bilik səviyyəsi, fikirlərini səlist ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünya görüşü qiymətləndirilib, 60 və daha çox bal toplamış 47 nəfər tədris kurslarına...