Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN TƏRKİBİ

SƏDR

İman Məmməd oğlu Nağıyev

1957-ci ildə anadan olmuş, 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Şamaxı rayon məhkəməsinin hakimi, Nəsimi rayon məhkəməsinin sədr müavini olmuş, 2000-2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin sədridir.



ÜZVLƏR


Hafiz Qəmbər oğlu Nəsibov
1962-ci ildə anadan olmuş, Kuybışev Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1994-2000-ci illərdə Naxçıvan Qarnizonu Hərbi Məhkəməsinin hakimi, 2000-2007ci illərdə Naxçıvan MR Ali Məhkəməsinin hakimi, 2007-2010-cu illərdə Naxçıvan MR Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə Kollegiyanın sədri, 2010-cu ildən isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.




Azər Soltanhəmid oğlu Hüseynov
1957-cı ildə anadan olmuş, 1980-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Ədliyyə və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası məsələləri şöbəsində işləmişdir. 2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad məhkəməsinin hakimi olmuşdur. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.


Əli Kərim oğlu Allahverdiyev
1960-cı ildə anadan olmuş, Moskva Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini bitirmişdir. 1992-1993-cü illərdə Naxçıvan MR Ali Məhkəməsinin dəftərxana müdiri, 1993-2000-ci illərdə Naxçıvan Şəhər Məhkəməsində məhkəmə iclas katibi vəzifələrində işləmişdir. 2000-ci ildən Naxçıvan MR Ali Məhkəməsinin hakimi, 2003-cü ildən Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının sədridir.



Elşanə Rafiq qızı Vəliyeva
1975-ci ildə anadan olmuş, 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1998-2007-ci illərdə Respublika İqtisad Məhkəməsində müxtəlif vəzifələrdə çalışmışdır. 2007-2010-cu illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.




Namiq Eyyub oğlu Məmmədov
1965-ci ildə anadan olmuş, 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1995-2000-ci illərdə Bakı şəhəri 4 saylı Hüquq Məsləhətxanasında vəkil, 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin hakimi, 2007-2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin hakimi, 2013-cü ildən Şirvan Apellyasiya Məhkəməsinin hakimidir.



Cavid Ənvər oğlu Hüseynov
1973-cü ildə anadan olmuş, Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Ali Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Baş Prokurorluğun Kadrlar İdarəsində və Tədris Mərkəzində çalışmış, 2000-ci ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası Katibliyinin aparıcı mütəxəssisi, baş mütəxəssisi və rəisi işləmişdir. 2005-ci ilin iyun ayından Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəridir.



Elçin Lütvəli oğlu Qasımov
1974-cü ildə anadan olmuş, 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2001-2007-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007-2008-ci illərdə 2 saylı Bakı yerli iqtisad Məhkəməsinin hakimi, 2008-2012-ci illərdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 2013-cü ildən Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət baş idarəsinin rəisidir





İlqar Xanlar oğlu Cəfərov
1973-cü ildə anadan olmuş, 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq Mühafizə orqanları ilə iş şöbəsində çalışmış, Baş Prokurorluğun Hüquqi təminat şöbəsinin rəisi olmuşdur. Hazırada Baş Prokurorluqda Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisidir.



Anar Ramiz oğlu Bağırov
1976-cı ildə anadan olmuş, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1997-2000-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda, 2001-2005-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-nin direktoru vəzifəsində işləmişdir. 2005-ci ildən Bakı şəhəri 12 saylı Hüquq məsləhətxanasının vəkili, 2012-ci ildən isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. Hüquq elmləri namizədidir.




Elçin Abuzər oğlu Xələfov
1972-ci ildə Bakı şəhərində anadan olmuş, 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ və Mülki hüquq kafedralarında müxtəlif vəzifələrdə işləmiş, 2012-ci ildən BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasında çalışır. 2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin Mülki-hüquq və Mülki proses kafedrasınında baş müəllim, 2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsində baş məsləhətçi vəzifələrində işləmiş, 2005-2013-cü illərdə Məhkəmə-Hüquq şurasının Aparatında böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2013-cü ilin fevral ayından Ədliyyə nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. Fəlsəfə doktoru, dosentdir.



 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az