Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

AZƏRBAYCAN RESPUBLİKASI


Ümumi məlumat


AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

1. Xəritə

2. Dövlət rəmzləri
2.1 Bayraq
2.2 Gerb
2.3 Milli himn

3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

4. Ümumi məlumat
4.1 Yerləşdiyi yer
4.2 Dövlətin rəsmi adı
4.3 Paytaxtı
4.4 Dövlət dili
4.5 Din
4.6 Pul vahidi
4.7 Əhalisi

5. Milli bayramlar
5.1. Xatirə günləri

6. Ərazisi
6.1 Ərazisi
6.2 Quru sərhədlərinin uzunluğu
6.3 Həmsərhəd dovlətlərlə olan sərhədlərin uzunluğu
6.4 İnzibati bölgü
6.4.1 Muxtar Respublika
6.4.2 Rayonlar
6.4.3 Əsas şəhərlər


Dövlət quruluşu


7. Hökumət
7.1. Dövlət quruluşu
7.2. Qanunverici hakimiyyət
7.3. İcra hakimiyyəti
7.3.1. Dövlət başçısı
7.3.2. Hökumət başçısı
7.4. Məhkəmə hakimiyyəti
7.5 Konstitusiya


8. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi




AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.



1. Xəritə


General Information


2. Dövlət rəmzləri

2.1. Bayraq


General Information


Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.


2.2 Gerb

General Information


Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir.
Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.


2.3. Milli himn

General Information


Musiqisi: Üzeyir Hacıbəyov
Sözləri : Əhməd Cavad

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülustan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!




3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


General Information

İlham Əliyev

Tərcumeyi-hal

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq əlaqələr İnstitutuna (MDBƏI) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə həmin institutu bitirdikdən sonra beynəlxalq münasibətlər və tarix elmləri üzrə elmlər namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə Moskva və İstanbul şəhərlərində özəl biznes sahəsində çalışmışdır.
1994-cü ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 1-ci müavini təyin olunmuşdur.
1995-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
1997-ci ildən etibarən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cü ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş, 2004-cü ilin aprelində isə AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2008-ci il oktyabrın 15-də (ikinci dəfə) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2013-cü il oktyabrın 09-da növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı - oğlu və iki qızı var.



4. Ümumi məlumat

4.1 Yerləşdiyi yer: Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir.

4.2 Dövlətin rəsmi adı: Azərbaycan Respublikası

4.3 Paytaxtı: Əhalisinin sayı 2 204 200 (2015-cı ilin statistikasına əsasən) nəfər olan Bakı şəhəri

4.4 Dövlət dili: Azərbaycan dili

4.5 Din: Din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında bərabərdir

4.6 Pul vahidi: Manat.

4.7 Əhalisi: 9 552 500 nəfərdir (yanvar, 2014-cu il).


5. Milli bayramlar


1 Yanvar - Yeni il
8 Mart - Qadınlar günü
20-21-22-23-24 Mart - Novruz bayramı
9 May - Faşizm üzərində qələbə
28 May - Respublika günü
15 İyun - Milli qurtuluş günü
26 İyun - Silahlı qüvvələr günü
18 Oktyabr - Milli mustəqillik günü
12 Noyabr - Konstitusiya günü
17 Noyabr - Milli dirçəliş günü
31 Dekabr - Ümumdünya azərbaycanlılarının həmrəylik günü

Qurban və Ramazan bayramları: keçirilmə tarixləri hər il qəməri təqvimlərinə uyğun olaraq dəyişir.

5.1. Xatirə günləri
20 yanvar - Şəhidlərin Xatirə günü
26 fevral - Xocalı Soyqırımı
31 mart - Azərbaycanlıların Soy qırımı



6. Ərazisi


6.1 Ərazisi: 86,600 km2

6.2 Quru sərhədlərinin uzunluğu: 2,646 km

6.3 Həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu: Ermənistanla - 1007 km, Gürcüstanla - 480 km, İranla - 756 km, Rusiya ilə - 390 km, Türkiyə ilə - 13 km.

6.4 İnzibati bölgü

6.4.1 Muxtar Respublika

Naxçıvan Muxtar Respublikası
Respublikanın tərkibinə 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayıs məntəqəsi daxildir.

6.4.2 Rayonlar

Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəvəçi, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Göygöl, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab

6.4.3. Əsas şəhərlər

Bakı, Şirvan, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şuşa, Yevlax



7. Hökumət


7.1. Dövlət quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (Parlamenti) həyata keçirir; icra hakimiyyəti Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir.

7.2. Qanunverici hakimiyyət: Tək palatadan ibarət olan Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir.

7.3. İcra hakimiyyəti:
7.3.1. Dövlət basçısı:
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentinə mənsubdur.

7.3.2. Hökumət başçısı: Prezident Milli Məclisinin razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

7.4. Məhkəmə hakimiyyəti: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.

7.5 Konstitusiya
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünüb. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir.
Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.


8. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az